Oğuzda qayadan yıxılan meşəbəyi öldü
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb.
APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında Oğuz rayonunun Muxas kəndində yerləşən yüksək dağlıq-meşəlik ərazidə baş verib.
İlkin məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə gözətçisi, rayonun Muxas kənd sakini, 1962-ci il təvəllüdlü Məhərrəmov Tahir Seyfəddin oğlu qayadan dərəyə yıxılaraq aldığı ağır qapalı kəllə-beyin travmasından hadisə yerində ölüb. Mərhumun cəsədi kənd sakinlərinin və müvafiq qurumların əməkdaşlarının iştirakı ilə dərədən çıxarılaraq müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
10:28
374
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
736
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
714
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
715
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
505
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
10:43
652