Ağstafada dəmiryol xəttindən oğurluq edənlər tutuldu
Ağstafada dəmiryol xəttindən naqillər oğurlanıb.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Ağstafa Dəmiryol Xətt Polis Bölməsinin və Gəncə Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Ağstafa ərazisindən keçən dəmiryol xəttindən naqilləri kəsərək oğurlamaqda şübhəli bilinən rayonun Saloğlu qəsəbə sakini, 31 yaşlı Yaşar Xəlilov və Qarayazı kənd sakini, 18 yaşlı Taleh Qayıbov saxlanılıblar.
Əməliyyat zamanı şübhəlilərin üzərindən tapılan torbanın içindən xeyli miqdarda mis naqillər və dəmir yolunda istifadə olunan digər metallar aşkarlanaraq götürülüb.
Dəmiryolu xəttinin elektrik enerjisinin tənzimlənməsində istifadə olunan transformatorun sökülməsi nəticəsində yaxınlıqdakı relslər əriyib, dəmiryoluna xeyli miqdarda ziyan dəyib. Dəmiryol xətt polis bölməsindən bildirilib ki, məlum ərazidəki oğurluq faktının üstü vaxtında açılmasaydı, ərazidən keçən sərnişin və yük qatarlarının hərəkəti üçün təhlükə yarana bilərdi.
Saxlanılanlardan Yaşar Xəlilov əvvəllər də məhkumluq həyatı yaşayıb, həmçinin bir neçə il dəmiryol sahəsində çalışıb. Faktla bağlı araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?