Vəliəhdin qadınlarla bağlı yeni qərarı - ƏMƏL ETMƏYƏN KİŞİLƏR HƏBS OLUNACAQ
Bundan sonra Səudiyyə Ərəbistanında ər arvadının mobil telefonuna icazəsiz toxuna bilməyəcək.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, qərara əməl etməyənlər 133 min dollar dəyərində cərimə edilə, hətta 1 il müddətinə həbsxanaya göndərilə bilər.
Bundan əlavə ölkədə 35 il sonra - aprelin 18-də ilk kinoteatrın açılışı olacaq.
Qarşıdakı 5 il müddətində isə kinoteatrların sayı 40-a, 2030-cu ilə qədər isə 350-yə çatdırılacaq.
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman kişilərlə qadınların birlikdə kinoteatrlara gələ biləcəyi ilə bağlı qərar verib.
Xatırladaq ki, ötən əsrin 70-ci illərində krallıq ərazisində kinoteatrlar fəaliyyət göstərib, lakin qatı şəriət qanunları onların bağlanmasına yol açmışdı. Yeni vəliəhd isə ölkədə "loyal islam" siyasətini sürətlə davam etdirir.
Onun bir müddət öncə "ölkədə qadınların ədəbli geyinəcəyi təqdirdə çadraya ehtiyac qalmayacaq" açıqlaması daha çox səs-küyə səbəb olmuşdu.
OXŞAR XƏBƏRLƏR
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı