Avropa İttifaqından ABŞ-a mesaj: İranla nüvə razılaşmasına yenidən baxılmayacaq
"Avropa İttifaqı (Aİ) İranla "altılıq" ölkələri arasındakı nüvə razılaşmasına yenidən baxmayacaq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu, qurumun ABŞ-dakı nümayəndəliyindən bildirilib.
Qeyd edilir ki, hazırda İranın nüvə proqramı üzrə yeni razılaşma deyil, birgə fəaliyyət planına daxil olmayan məsələlər müzakirə olunur. Bununla belə gələcəkdə bu istiqamətdə yeni anlaşma sənədinin gündəlikdə olacağı istisna edilmir.
Xatırladaq ki, İngiltərə, Fransa və Almaniya İranla nüvə müqaviləsi üzrə işçı qrupu yaradaraq yeni sənəd üzərində iş aparır. ABŞ Dövlət Departamenti isə bu müzakirələri son şans adlandırıb və qeyd edib ki, razılaşmadakı çatışmazlıqlar aradan qaldırılmasa rəsmi Vaşinqton onu tərk edəcək.
Qeyd edək ki, rəsmi Tehranla "altılıq" ölkələrinin nüvə anlaşması 2015-ci ilin 14 iyulunda imzalanıb.
OXŞAR XƏBƏRLƏR
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı