Sumqayıt sakini göldə boğulub - BALIQ TUTURMUŞ
Sumqayıtda bədbəxt hadisə baş verib. APA TV-nin məlumatına görə, bir qəsəbə sakini göldə batıb.
1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalı oğlu şəhərin H.Z.Tağıyev qəsəbəsində yaradılmış süni göldə balıq tutarkən güclü külək qayığı çevirib. Nəticədə iki uşaq atası olan T.Qurbanov suya düşərək boğulub.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə də məlumat verilib. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda ərazidə axtarışlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:58
139
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
404
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
768
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
728
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
717
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
508