Qaynı ilə birləşib ərini öldürdü, meyiti tualet quyusuna atdılar - QƏBƏLƏDƏ DƏHŞƏTLİ OLAY
Qəbələdə itkin düşmüş şəxsin arvadı tərəfindən öldürüldüyü məlum olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar Qəbələ rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib.
Nəticədə müəyyən edilib ki, martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı Vüsal ilə birgə daşla onun başına vuraraq qətlə yetirib, cəsədini isə həyətdəki tualet quyusuna atıb. Görülmüş tədbirlər nəticəsində Dursun Rəfiyevin meyiti oradan çıxarılıb. Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı