İlham Əliyev: “Azərbaycan hər zaman Fələstin xalqının yanındadır”
Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.
APA TV-nin məlumatına görə, Riad Malki İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Azərbaycan prezidentinin iştirakının çox əhəmiyyətli olduğunu qeyd edib və bu tədbirdə göstərilən dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransın önəmini vurğulayıb və bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
Dövlət başçısı isə Fələstin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb, İstanbulda keçirilən Zirvə toplantısında ölkəmizin iştirakını bu həmrəyliyin nümayişi kimi dəyərləndirib.
OXŞAR XƏBƏRLƏR
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı