Yapon tələbələrin möcüzə kəşfi - 20 ADDIM ƏVƏZİNƏ, BİR ADDIM
Yaponiyada yeni uçuş avadanlığı icad edilib.
APA TV-nin "Futurism" agentliyinə istinadən məlumatına görə, "Lunavity" adlandırılan yeni aparatlar texnologiya aləmində inqilaba səbəb olacaq.
Yeni uçuş aparatları Tokio universitetinin Texnologiya mühəndisliyi fakültəsinin tələbələri tərəfindən işlənib hazırlanıb. "Lunavity" uçuş aparatları 15-20 addımlıq məsafələri bir addıma qət etməyə imkan yaradır. Həmçinin "Lunavity" insanı kosmik fəzada olduğu kimi çəkisizlik şəraitində saxlaya bilir. Yeni avadanlığın havalandırma pərləri və enerji mənbəyi adlandırılan 2 hissədən ibarət olduğu bildirilir.
Qeyd edək ki, mütəxəssislər "Lunavity"lərin fiziki cəhətdən qüsurlu insanlar üçün daha çox faydalı olacağını qeyd edirlər.
OXŞAR XƏBƏRLƏR
15:58
239
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
436
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
799
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
736
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
724
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
10:46
515