"YouTube"un binasına silahlı hücum edildi - YARALILAR VAR
Məşhur “YouTube” videoportalının ABŞ-ın Kaliforniya ştatında yerləşən mənzil-qərargahında atışma olub. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə şirkətin əməkdaşları bildirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, şirkətin əməkdaşları binadan təxliyyə olunub. Hadisə yerinə xüsusi təyinatlılar gəlib. “YouTube”un mənzil-qərargahında atışma törədən qadın öldürülüb.
Məlumata görə, atışma qara geyimli, başı bağlı qadın tərəfindən törədilib. Yerli KİV-in məlumatına görə, Stenford xəstəxanasına 5-dək yaralı yerləşdirilib. San-Fransisko mərkəzi xəstəxanasına da şirkətin bir neçə işçisinin daxil olduğu bildirilir. Ümumilikdə atışma nəticəsində 4-5, bəzi məlumatlara görə, 11 nəfər yaralanıb.
Şirkət işçiləri 20-dək atəş səsi eşitdiklərini vurğulayıb. Digər təfərrüatlar barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, aprelin 2-də gecə saatlarında "YouTube" portalının fəaliyyətində problem yaranmışdı. Dünyanın bir çox ölkələrində bu sosial şəbəkənin fəaliyyəti dayanmış, "YouTube" ofisi sistemdə texniki nasazlıq olması və bunun aradan qaldırılması üçün iş aparılması barədə açıqlama yaymışdı.
OXŞAR XƏBƏRLƏR
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı