İki yolu bölüşə bilməyən sürücülər qəza törətdi - BAKIDA
Bakının Nizami rayonunda sürücü diqqətsizliyi yol qəzası ilə nəticələnib. APA TV-nin xəbərinə görə, hadisə zamanı bir nəfər yüngül xəsarət alıb.
Rüstəm Rüstəmov küçəsində qeydə alınmış avtoqəzada Fətullayev Zaur Vahid oğlunun idarə etdiyi "Kia" və Cabbarlı Rövşən Budaq oğlunun idarə etdiyi "VAZ 2121" (Niva) markalı avtomobillər toqquşub. Hər iki avtomobilin hərəkət istiqaməti eyni olsa da, "Kia" markalı minik maşını 2-ci dərəcəli yolla hərəkət edirmiş.
"Niva"nın sürücüsü də əsas yoldan 2-ci dərəcəli yola keçmək istəyərmiş. Ancaq bu vaxt sürücülər bir-birini gözləmədiyindən qəza qaçılmaz olub. Zərbənin gücündən "Niva" səkiyə dəyib və sürücüsü yüngül xəsarət alıb.
Qəzanın səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
17:49
193
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
324
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
467
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
809
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
741
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
728