Mingəçevirdə 14 yaşlı oğlan Qarabağ kanalında boğulub
Mingəçevirdə yeniyetmə su kanalında boğulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Mingəçevir şəhər sakini, 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.
Yeniyetmənin kanaldan çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin dalğıcları axtarışlara cəlb olunub. Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.
14 yaşlı N.Qafarzadənin meyiti batdığı ehtimal edilən yerdən 800 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR
17:49
195
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
327
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
467
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
809
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
741
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
728