Fransa Menbiçə xüsusi təyinatlılar göndərdi, PYD/YPG Tel Rıfatı Əsədə təhvil verdi
Fransa Suriyaya xüsusi təyinatlı hərbçilər göndərib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Menbiçə göndərilən 50 hərbçi 4 təyyarə ilə gətirilib.
Hərbçilərin cümə günü göndərildiyi qeyd olunur.
Türkiyə mətbuatı isə menbiçlilərin buna etiraz üçün Ankaradan işarə gözlədiyini yazır.
Bu arada PYD/YPG Tel Rıfat şəhərini Suriya ordusuna təhvil verib. Hazırda Tel Rıfat Bəşər Əsədə sadiq qüvvələrin nəzarəti altındadır.
Qeyd edək ki, martın 27-də Türkiyə mətbuatı Türkiyə ordusu və müxalif Azad Suriya Ordusunun (ASO) Tel Rıfat bölgəsini PYD/YPG-dən təmizləmək üçün əməliyyata başladığını və həmin gün şəhər mərkəzi də daxil olmaqla, bölgənin nəzarət altına götürüldüyü barədə məlumat yayıb. Ancaq məlumat təsdiqini tapmayıb.
OXŞAR XƏBƏRLƏR
17:49
196
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
327
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
467
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
809
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
741
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
728