Şamaxıda toya hazırlaşan 17 yaşlı qız özünü asdı - XALASI OĞLUNA NİŞANLI OLUB
Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, Çölbağırlı kəndində gənc qız intihar edib.
Kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.
Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.
Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:49
195
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
327
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
467
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
809
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
741
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
728