Qubada yol qəzasında ata və oğlu xəsarət alıb
Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun Qubanın Paşa Oba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Shacman" markalı yük maşını ilə minik maşını toqquşub.
Avtoqəza nəticəsində minik maşınında olan ata və azyaşlı oğlu xəsarət alıb. 1989-cu il təvəllüdlü Xalid Məmmədov və onun 3 yaşlı oğlu ilkin tibbi yardımdan sonra Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:49
276
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
366
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
494
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
815
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
747
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
735