Bakı polisi: Mitinqdə 1200 nəfər iştirak edib
Bakıda Milli Şuranın mitinqi keçirilib. APA TV-nin xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda baş tutub.
Aksiya iştirakçılarının təhlükəsizliyi polis tərəfindən təmin olunub. Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda keçirdiyi mitinqlə bağlı yaydığı məlumatda bildirilir ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 (min iki yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR
17:49
275
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
366
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
494
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
815
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
747
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
735