Murmanskda güllələnən Azərbaycanlı iş adamı öldü
Murmanskda baş verən atışmada yaralanan azərbaycanlı iş adamı Həbib Kərimov vilayət xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. “RİA Novosti” nin xəbərinə görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk şöbəsinin sədri Afil Hüseynov bu barədə məlumat verib. Qeyd edək ki, dekabrın 4-də axşam saatlarında Murmanskın Xibinski küçəsi, ev 12 ünvanında silahlı insident qeydə alınıb. Nəticədə iki Azərbaycan vətəndaşı, Lənkəran rayon sakinləri - 1976-cı il təvəllüdlü Nəriman Axundov və 1970-ci il təvəllüdlü Sədi Əzizov ölüb, 1971-ci il təvəllüdlü Rusiya vətəndaşı, Murmanskdakı “Karina” ticarət mərkəzinin sahibi Həbib Kərimov isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən Həbib Kərimov komadan ayılmayıb. Faktla bağlı cinayət işi açılıb. Hadisənin biznes maraqları üstündə baş verdiyi istisna olunmur.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI