11 min manatlıq narkotiki satmaq istərkən yaxalandı - BAKIDA
Bakıda narkotik alverçisi iş başında yaxalanıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsmayılovun külli miqdarda narkotik maddə olan heroin satmaq istəməsi barədə məlumat daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin şəxs 2 kiloqram 200 qram heroini 11000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
R.İsmayılov ifadəsində heroini Biləsuvar rayonunda tanımadığı İran vətəndaşından aldığını və satmaq məqsədilə Bakı şəhərinə gətirdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
17:49
300
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
386
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
512
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
821
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
754
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
742