Moskvada AZƏRBAYCANLI MİLYARDERLƏRİN BAZARI YANDI
Moskvadakı "Sadavod" Ticarət mərkəzində güclü yanğın baş verib. Mərkəzin 300 kv metr ərazisi alovun içində qalıb. APA TV-nin "RİA Novosti"-yə istinadən məlumatına görə, hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib. Hələlik xəsarət alanlar barədə məlumat verilmir. Ərzaq məhsulları ilə dolu olan pavilyonlar tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyi "Sadavod" Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayaraq, ətrafda yaşayan sakinlərə qapı və pəncərələrini bağlamağı məsləhət görüb. Hələlik 12 böyük ticarət pavilyonunun yandığı bildirilir. Digər obyektlərə keçən yanğının qarşısı isə alınıb.
"Sadavod" Ticarət Mərkəzi keçmiş "Çerkizov" bazarının sahibləri, iş adamları Zarax İliev və azərbaycanlı milyarder Qod Nisanova məxsusdur.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI