Fransa PYD/YPG-yə dəstək məqsədilə Menbiçə ordu göndərir
Fransa PYD/YPG-yə kömək məqsədi ilə Suriyanın Menbiç bölgəsinə ordu göndərməyi qərara alıb.
APA TV-nin məlumatına görə, bu barədə "Parisien" nəşrinə Parisdə səfərdə olan "Suriya Demokratik Qüvvələri"nin (SDQ) nümayəndə heyətinin üzvü bildirib.
Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron SDQ nümayəndə heyətini qəbul edib.
Hərbçilərin sayı açıqlanmır. Məlumata görə, əməliyyat ABŞ hərbçiləri ilə razılaşdırılacaq.
Qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurası PYD/YPG-nin dərhal Menbiçdən çıxarılmasını istəyir. Tələb yerinə yetirilməyəcəyi təqdirdə Ankara bölgədə hərbi əməliyyat keçirəcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
17:49
330
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
410
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
531
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
824
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
758
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
745