Cəlilabadda təcili yardım həkimləri döyüldü
Cəlilabadda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Astanabad kəndində qeydə alınıb.
Çağırışa gedən Cəlilabad rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobilində həkim İbadət Ağayev, köməkçi həkim Ruslan Sadıxov və sürücü Muxtar Babayev olub. Həkimlər iddia edir ki, çağırış yerinə vaxtında çatıblar. Onları müayinə etmək üçün getdikləri Ərəstun Zöhrab oğlu Məmmədov qarşılayıb. Həmin şəxs əvvəlcə həkim İbadət Ağayevə, sonra köməkçi həkim Ruslan Sadıxova, daha sonra isə sürücü Muxtar Babayevə müxtəlif dərəcəli bədən xəsarət yetirib. Həkim briqadası maşına minib ərazidən uzaqlaşmaq istədikdə isə daşla təcili yardım maşınına ziyan vurulub.
"Çağırış yerinə çatdıq, həyətinə çatan kimi başladı ağzına gələni deməyə. Dedi daha lazım deyil. Maşını arxaya verəndə daşı götürüb vurdu maşının ön şüşəsinə. Bıçaqla hədələdi, ondan sonra yazıq yoldaşı idi, kim idi, düşdü ayağına yalvardı. Ondan sonra çıxıb gəldik polisə".
Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar