Türkiyə prezidenti: "Qərbin Rusiyaya qarşı atdığı addımlara qoşulmayacağıq"
"Bizim onlar kimi hərəkət etməyimiz müzakirə mövzusu deyil".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sergey Skripal hadisəsi ilə bağlı Qərb ölkələri tərəfindən Rusiya diplomatlarının "arzuolunmaz şəxs" elan olunmasına münasibət bildirərkən deyib.
"Xarici İşlər Nazirliyimiz Türkiyənin mövqeyini istər NATO-ya, istərsə də Avropa İttifaqına çatdırır. Bizim tamamən onlar kimi hərəkət etməyimiz söhbət mövzusu deyil. Bir iddiaya istinadən bəzi ölkələr addım atdı deyə, biz də eyni addımı atmalıyıq şəklində bir anlayış içində olmağımız mümkün deyil" - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
17:49
365
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
444
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
560
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
829
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
761
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
752