Kim Çen In: "Koreya yarımadasını nüvəsizləşdirilməyə hazıram"
Şimali Koreya lideri Kim Çen In Pekinə səfəri zamanı ABŞ və Cənubi Koreya ilə dialoq aparmağa və bu ölkələrin liderləri ilə görüşməyə hazır olduğu bəyan edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu, Şimali Koreya liderinin ölkə başçısı kimi ilk xarici səfəri olub.
"KXDR Cənubi Koreya ilə əməkdaşlıq münasibətləri qurmağa, fikir ayrılıqlarını nizamlamağa, həmçinin ABŞ-la dialoqa və adı çəkilən ölkələrlə sammit keçirməyə hazırdır", - deyə Kim Çen In bildirib.
O əlavə edib ki, Cənubi Koreya və ABŞ tərəfindən münasib şərait yaradılacağı təqdirdə ölkəsi Koreya yarımadasının nüvəsizləşdirilməsini həyata keçirəcək: "Əgər Cənubi Koreya və ABŞ yarımadanın nüvəsizləşdirilməsi istiqamətində səylərimizi pozitiv qarşılayarlarsa, sabitlik və stabillik atmosferi yaradarlarsa, sülhün bərqərar olması üçün ardıcıl və razılaşdırılmış tədbirlər görərlərsə, o zaman Koreya yarımadasının nüvəsizləşdirilməsi problemi də öz həllini tapacaq".
Qeyd edək ki, Kim Çen Inın Çinə qeyri-rəsmi səfəri 25-28 mart tarixlərində baş tutub.
OXŞAR XƏBƏRLƏR
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar