Lənkəranda "Mercedes"lə "Jiquli" toqquşub, bir nəfər xəsarət alıb
Lənkəranda yol nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Avtoqəza zamanı 21 yaşlı Lənkəran şəhər sakini Rauf Abbaszadənin idarə etdiyi "Mercedes" markalı avtomobillə 33 yaşlı Füzuli Nəsirovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2107"-nin sərnişini - şəhər sakini, 59 yaşlı Sevinc Əsgərova xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:49
386
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
465
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
579
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
832
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
765
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
755