İraq ordusu Sincara girdi - TÜRKİYƏNİN ULTİMATUMU YERİNƏ YETİRİLDİ
İraq ordusu PKK və YBŞ-nin nəzarət etdiyi Sincar qəsəbəsinə girib.
APA TV-nin məlumatına görə, PKK terrorçularının çəkildiyi iddia olunan Mosulun Sincar qəsəbəsində hərbi əməliyyat başlanıb. İraqlı hərbçilər PKK terrorçuları tərəfindən təlim keçirilən Sincar Dirəniş Birliklərinin (YBŞ) üzvü olan 7 şəxsi həbs edib.
Əməliyyat səhər saatlarında başlayıb. Binalarda asılan PKK və YBŞ-yə aid simvollar, bayraqlar sökülüb. İraq ordusunun PKK-ya aid geyimlərdən istifadəyə qadağa qoyduğu bildirilir. Bölgəyə jurnalistlər buraxılmayıb.
Qeyd edək ki, Türkiyə hökuməti İraq ərazisində PKK terrorçularının olmasından narahatlığını bildirərək, İraqın terrorçuları zərərsizləşdirməyəcəyi təqdirdə, bu ərazilərə ordu yeridilə biləcəyini açıqlamışdı.
OXŞAR XƏBƏRLƏR
17:49
386
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
465
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
579
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
832
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
765
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
755