Mingəçevirdə fəhlə yataqxanasında yanğın - 3 NƏFƏRİN HALI PİSLƏŞDİ
Mingəçevirdə özəl müəssisənin fəhlələri üçün nəzərdə tutulan yataqxanada yanğın baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, "Texniki Rezin" ASC-nin şəhərin Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evdə olan 3 qadının - 1981-ci il təvəllüdlü Seyidova Tünzalə Haqverdi qızı, 1965-ci il təvəllüdlü Məmmədova Nüşabə Zeynəddin qızı və 1967-ci il təvəllüdlü Qasımova Məsimə Abuzər qızının tüstüdən halı pisləşib. Onlar Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata əsasən, Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 20 kv/m olan birotaqlı mənzildə 2 ədəd məişət avadanlığı yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Mənzillər yanğından mühafizə edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar