Salyanda avtomobil kanala aşıb - 2 ÖLÜ
Salyanda avtomobilin kanala aşması nəticəsində 2 nəfər dünyasını dəyişib.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Salyan-Şirvan avtomobil yolunun 4-cü kilometrliyində, Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
Bərdə rayon sakini, 34 yaşlı Rauf Quliyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetmədən çıxan avtomaşın su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 35 yaşlı Qərib Quliyev avtomobilin içində boğularaq ölüb. Onların meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:49
414
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
495
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
608
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
841
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
775
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
760