47 yaşlı Salyan sakini tövlədə asılmış vəziyyətdə tapıldı
Salyanda 47 yaşlı kişi özünü asaraq intihar edib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə ötən gün səhər saatlarında Salyan rayonunun Kürqaraqaşlı kəndində baş verib.
Kənd sakini, 47 yaşlı Tahir Hüseynov həmişəki kimi səhər sübh tezdən duraraq tövlədə sağıma hazırlıq üçün inəkləri yerbəyer etməyə güdib. Evə bir qədər gec gəldiyini görən həyat yoldaşı pəncərədən baxarkən onun intihar etdiyinin şahidi olub.
Mərhumun yaxınlarının dediyinə görə, intihar edən T.Hüseynovun hər hansı sıxıntı çəkməsi barədə xəbərsiz olublar. Onun intihar etməsi də müəmmalı olaraq qalır.
T.Hüseynovun ölümündən sonra 3 övladı qalıb. Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
17:49
414
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
494
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
608
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
841
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
775
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
760