Tramp ABŞ-ın büdcəsini təsdiqlədi, amma bəyənmədi: "Axmaq vəziyyətdəyik"
Donald Tramp ABŞ-ın 2018-ci il üçün büdcə layihəsini təsdiqləyib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 1,3 trilyon dollarlıq büdcənin 700 milyardını müdafiə xərcləri təşkil edir.
Tramp büdcəni imzalamasa, bu gecə hökumət fəaliyyətini dayandıracaqdı. ABŞ prezidenti büdcədən razı qalmadığını deyib, belə bir büdcəni bir də imzalamayacağını bildirib: "2 min 200 səhifəlik layihənin içini heç kim oxumayıb, mən isə bundan xoşbəxt deyiləm. Axmaq vəziyyətdəyik, ancaq ordumuzu maliyyə ilə təmin etməkdən başqa çarəmiz yoxdur. ABŞ ordusu dünyadakı bütün ordulardan olduqca güclü olacaq".
Qeyd edək ki, Nümayəndələr Palatası büdcəni 167-yə qarşı 256 səs ilə qəbul edib. Senatda isə 65 senator lahiyəyə razılıq verib.
OXŞAR XƏBƏRLƏR
17:49
411
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
493
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
608
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
841
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
775
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
760