Bakıda şaxtalı və QARLI HAVA PROQNOZLAŞDIRILIR
Bakı və Abşeron yarımadasında dekabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağıntılı, arabir sulu qara keçəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qar yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq. Bölgələrdə də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacaq. Dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz isə 0-5 dərəcə şaxta gözlənilir. Yollar buz bağlayacaq.
OXŞAR XƏBƏRLƏR
19:44
292
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
306
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
523
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2135
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2109
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1936