Ağac əkmək istəyən İsmayıllı sakini torpağın altından qumbaralar tapdı
İsmayıllı rayonunda əl qumbaraları tapılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hərbi sursat ötən gün axşam saatlarında İsmayıllı şəhərinin Babadağ küçəsində yaşayan 1994-cü il təvəllüdlü İsmayılov Teymur Tahir oğlu tərəfindən tapılıb.
Məlumata görə, o, yaşadığı evin qarşısında, yolun kənarında ağac əkmək üçün quyu qazarkən torpağın altında 2 ədəd əl qumbarası görüb. T.İsmayılov dərhal İsmayıllı Rayon Polis Şöbəsinə məlumat verib. Məlumat sonradan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) də ötürülüb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlayıcıların torpağa kim tərəfindən və nə vaxt basdırılması məlum deyil. Ərazidə başqa silah-sursatın olub-olmadığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar