Çindən ABŞ-a sərt cavab - BU MALLARA GÖMRÜK VERGİSİ TƏTBİQ OLUNDU
Çin Donald Trampın 50 milyard dollarlıq gömrük vergisi qərarına cavab verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, rəsmi Pekin ABŞ-dan idxal olunacaq məhsullara 3 milyard dollar vergi tətbiq etmək barədə planını açıqlayıb.
Tramp bazar ertəsi günü verdiyi açıqlamada Çini "fikir oğrusu" adlandırıb və Çinlə ticarət əlaqələrinə yenidən baxılmasının vacibliyinə toxunmuşdu. Bu açıqlamadan sonra ABŞ-da Çinə qarşı 50 milyard dollarlıq gömrük vergisi barədə qərar qəbul edilmiş və bu da Çin tərəfinin kəskin etirazına səbəb olmuşdu.
Çinin Ticarət Nazirliyi bu qərara qarşılıq olaraq ABŞ-a aralarındakı münasibətləri "son həddə çatdırmamağı" məsləhət görmüş və yeni gömrük planı hazırlamağa başlamışdı.
Yeni gömrük vergisi planına əsasən ABŞ-dan idxal olunacaq meyvə və şəraba, tərəvəz məhsullarına 15 faiz, alüminium da daxil olmaqla metal məhsullarına 25 faiz gömrük vergisi tətbiq olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar