ABŞ: Menbiç məsələsində Türkiyə ilə heç bir razılığa gələ bilmirik
"Türkiyə ilə Menbiç məsələsində razılığa gələ bilmədik, ancaq məsləhətləşmələr davam edir".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert bəyan edib.
Rəsmi Ankara ilə bu məsələdə növbəti məsləhətləşmənin nə zaman olacağı ilə bağlı suala isə H. Nauert, "Bundan başqa əlavə edəcəyim heç nə yoxdur" - deyə, cavab verib.
Vaşinqton təmsilçisi həmçinin Türkiyənin Menbiçdə hərbi əməliyyat keçirəcəyi ehtimalına toxunaraq, koalisiya qüvvələrinin bu ərazini tərk etməyəcəyini açıqlayıb:
"Türkiyə hökumətinə dəfələrlə bəyan etmişik ki, ərazidəki koalisiya qüvvələrinin təhlükəsizliyini təmin etmək niyyətindəyik və bu məsələdə geri çəkilmək niyyətimiz yoxdur. Ankara ilə bu məsələdə yaranan gərginliyi aradan qaldırmaq istədiyimiz üçün danışıqlarımızı davam etdiririk".
OXŞAR XƏBƏRLƏR
17:49
429
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
513
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
622
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
842
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
777
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
762