Sarkoziyə qarşı ittiham irəli sürüldü - LİVİYA MƏSƏLƏSİNDƏ
Liviya hakimiyyəti tərəfindən 2007-ci ildə seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün martın 20-də saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə qarşı ittiham irəli sürülüb.
APA TV-nin məlumatına görə, bu barədə “Le Monde” xəbər verib.
Məlumata əsasən, keçmiş dövlət başçısı korrupsiya və Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib. Dindirilmədən sonra sərbəst buraxılan N.Sarkozi polis nəzarəti altında qalacaq. Eks-prezident ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Qeyd edək ki, martın 20-də Fransanın sabiq prezidenti N.Sarkozi ilə bərabər onun prezidentliyi dövründə bir sıra nazir postlarını tutmuş Bris Ortyefyo da saxlanılıb. N.Sarkozi və B.Ortyefyo sabiq prezidentin seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb. Nanter şəhərində Korrupsiya, maliyyə və vergi pozuntuları ilə mübarizə üzrə Mərkəzi İdarəsində hər iki şəxsin ifadəsi alınıb.
Xatırladaq ki, N.Sarkozi bundan əvvəl "L'Oreal" şirkətinin sahibi Lilian Bettankur tərəfindən 2007-ci ildə seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı saxlanılıb, daha sonra bu işlə bağlı ittiham üzərindən götürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar