Gəncədə mağaza və kafe yanaraq yararsız hala düşdü
Gəncənin mərkəzində, “Gəncə Bazar” ASC-yə bitişik olan 60 kvadratmetrlik birmərtəbəli obyektdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Yanğından Mühafizə İdarəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, alovu söndürmək üçün əraziyə 6 yanğınsöndürən avtomobil cəlb edilib. Tez bir zamanda yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmasa da əntiq əşyalar, dini vəsaitlər satılan dükan, eləcə də kafe yanaraq yararsız hala düşüb. Qəlyanaltıda işləyənlərin bildirdiklərinə görə, yanğına obyektə olan qaz balonundan sızma səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:44
292
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
304
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
523
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2135
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2109
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1936