Birjalar açıldı, neftin qiyməti dəyişmədi
Birjalarda həftə içi keçirilən ilk ticarət sessiyalarında neftin qiyməti dəyişməz qalıb. APA TV-nin məlumatına görə, həftəyə 65,99 dollarla başlayan “Brent” markasının qiyməti sonrakı sessiyalar ərzində cəmi 3 sent ucuzlaşıb. Qərbi Texas nefti də dəyərini qoruyur. İlk seanslarda 62,24 dollardan satılan WTI nefti hazırdan 8 sent ucuz təklif olunur.
Neftin qiymət qrafikində bahalaşma tendensiyası qabarıq gözə çarpır. Müşahidə olunan tərəddüd daha çox ABŞ-ın İran siyasətindəki gözləntilərlə bağlıdır. Dövlət katibi postunda Reks Tillersonu əvəzləmiş Mayk Pompeonun İranla nüvə razılaşmasının ləğvi ideyasını dəstəkləməsi neftin qiymətinə birbaşa təsir göstərir. Əgər razılaşma pozularsa, İranda neft hasilatı mərhələli şəkildə aşağı düşəcək ki, bu da qiymətlərin bahalaşmasına səbəb olacaq. Digər tərəfdən Venesuelada hasilatın azalması OPEK ölkələrində ümumi hasilat səviyyəsi göstəricisinin azalmasına səbəb olub.
Bu amillər həftə ərzində neftin qiymətini iqtisadi deyil, siyasi faktorların müəyyənləşdirəcəyini göstərir.
OXŞAR XƏBƏRLƏR
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar