FİFA 2018-də yeni qaydalar: 4-cü oyunçu dəyişikliyi, videotəkrar...
FIFA Dünya Çempionatında videotəkrarlardan istifadə etmək qərarına gəlib.
APA TV-nin "Euronews" telekanalına istinadən məlumatına görə, bu barədə FİFA prezidenti Cianni İnfantino açıqlama verib.
İyunda Rusiyada keçiriləcək XXI Dünya Çempionatında yeni sistem tətbiq olunacaq. Belə ki, yeni sistemdəki dəyişikliklərə əsasən artıq hakimlər qərar verdikləri zaman videotəkrarlardan istifadə edə biləcəklər.
"Yeni sistem bizə təmiz və qərəzsiz futbol izləməyə imkan verəcək" - deyə, FİFA prezidenti açıqlama verib.
Həmçinin yeni dəyişikliklərə əsasən 90 dəqiqənin tamamından sonra əlavə hissələrdə 4-cü oyunçu dəyişikliyinə icazə veriləcək.
OXŞAR XƏBƏRLƏR
17:49
475
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
564
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
666
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
848
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
786
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
768