Şəkidə məktəbli qız özünü güllələyib - ATASININ TÜFƏNGİ İLƏ
Şəkidə 11-ci sinif şagirdi özünü güllələyib.
APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.
Firəngiz Əzizovanın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:49
475
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
564
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
666
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
848
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
785
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
768