Bakı Dövlət Sirki Novruz mövsümünü açıq elan etdi
Bu gün Bakı Dövlət Sirkində müxtəlif ölkələrin sirk artistləri Novruz bayramı proqramı ilə çıxış edəcək.
"Baharın 18-ci anı" adlı proqramda ekzotik və yırtıcı heyvanlar, cəsarət çarxı, jonqlyor, kəndirbazlar, akrobatlar qrupu və digər nömrələr yer alıb.
Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov bildirib ki, proqram janr etibarilə çox rəngarəng olacaq: "Proqram janr etibarilə çox rəngarəngdir. Tərkib etibarilə müxtəlif ölkələrdən artistlər çıxış edəcək. Xüsusi qeyd etmək istəyirəm ki, proqramda Nikaraquanın tanınmış sirk artisti Filip Delqadonun attraksionları yer alıb".
Tamaşalar mart ayının 25-dək saat 12, 15 və 19-da olmaqla bayram günləri fasiləsiz nümayiş olunacaq.
OXŞAR XƏBƏRLƏR
17:49
475
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
564
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
666
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
848
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
786
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
768