Türkiyədən Şimali Koreyaya sanksiyalar - HESABLAR DONDURULDU, MÜLKLƏRƏ HƏBS QOYULDU
Türkiyə Şimali Koreyaya qarşı sanksiyalara qoşulub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, atıq adı çəkilən ölkədən olan 39 şəxsin maliyyə hesablarına və mülklərinə həbs qoyulub, onların Türkiyəyə səyahəti məhdudlaşdırılıb.
Bununla da Türkiyə BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Koreyaya qarşı sanksiyalar tətbiq olunması barədə qərarına qoşulub. Ölkədə Şimali Koreya ilə ediləcək bir çox ticarət əməliyyatlarına qadağa qoyulub. Şimali Koreya ilə təbii qaz, neft, toxuculuq malları, gəmi, metal və digər materialların ticarəti qadağan olunub. Buna görə dəniz və hava limanlarında yoxlamalar aparılacaq.
Şimali Koreyaya aid su nəqliyyat vasitələri Türkiyə limanlarına girə bilməyəcək.
OXŞAR XƏBƏRLƏR
17:49
494
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
584
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
685
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
852
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
791
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
771