Müdafiə naziri cəbhə bölgəsində yeni helikopter hərbi hissəsində olub
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.
MN-dən APA TV-yə verilən məlumata görə, uçuş və texniki heyətlə görüşən müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.
OXŞAR XƏBƏRLƏR
17:49
494
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
584
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
685
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
852
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
791
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
771