Böyükağa Hacıyev vəfat etdi
“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. Apasport.az saytının məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib.
Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.
Ürəyinin fəaliyyəti getdikcə zəifləyən və beynində şiş olan Böyükağa Hacıyev bu gün vəfat edib. Oğlu Yusif Hacıyev tanınmış məşqçinin Keşlə qəbiristanlığında dəfn olunacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
17:49
496
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
585
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
686
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
852
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
791
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
771