Cəbhədə gərginlik azalıb
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 96 dəfə pozub.
MN-dən APA TV-yə verilən məlumata görə, Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
OXŞAR XƏBƏRLƏR
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar