Bolqarıstanda zavodda partlayış: ölən və yaralananlar var
Bolqarıstanın Kazanlık şəhərində müdafiə sənayesi zavodunda baş vermiş partlayış və yanğın nəticəsində 1 nəfər ölüb, daha 1-i xəsarət alıb.
APA TV-nin “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstanın daxili işlər naziri Valentin Radev bildirib.
Onun sözlərinə görə, insidentə barıt maddələrinin təsadüfən alovlanması səbəb olub. “Hazırda zavodda partlayışdan sonra əmələ gələn yanğın söndürülüb, araşdırma aparılır”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Kazanlık şəhəri paytaxt Sofiyadan 200 km şərqdə yerləşir.
OXŞAR XƏBƏRLƏR
17:49
517
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
607
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
706
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
857
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
798
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
776