Rus general: "Suriyada heç bir rus əsgərinin öldürülməsi cavabsız qalmayacaq"
ABŞ və Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında telefon danışığı olub.
APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, ordu generalı Cosef Dunford ilə Valeri Gerasimov Suriya məsələsini müzakirə ediblər.
ABŞ Baş Qərargahının yaydığı məlumatda bildirilir ki, Suriya məsələsini müzakirə edən generallar Rusiyanın gələcəkdə Suriyada yeni nüvə silahlarını yerləşdirmək planının olub-olmadığını müzakirə ediblər. Həmçinin Əsəd rejiminin Şərqi Qutaya təşkil etdiyi kimyəvi hücumlara cavab olaraq ABŞ-ın hərbi əməliyyatlara başlaması da müzakirə edilib.
Rusiyalı general Gerasimov Dəməşq də daxil olmaqla Suriyanın istənilən bölgəsində rus əsgərinin öldürülməsinə həmin anda qarşılıq veriləcəyini bildirib.
Qeyd edək ki, generallar gələcəkdə İordaniyada Suriya məsələsi ilə bağlı görüşün keçirilməsi barədə də razılaşıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar