Rusiya Şərqi Quta ilə bağlı razılıq əldə etdi - DİNC SAKİNLƏR ÇIXARILACAQ
Suriyanın Şərqi Quta bölgəsindəki yaralıların və dinc sakinlərin çıxarılmasına başlanılıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, bölgədə ən böyük silahlı qruplaşma olan "Ceyş-ül İslam" və Suriyanın əsas müttəfiqi Rusiya arasında əldə edilmiş razılıqdan sonra tibbi yardıma ehtiyacı olanlar, uşaqlar və qadınlar ərazidən təxliyyə edilir.
Məlumata görə, bir ay əvvəl münaqişələrin başlanıldığı Şərqi Qutada ilk dəfə olaraq dinc sakinlərin ərazidən çıxarılmasına başlanılıb.
BMT-nin açıqlamasına görə, Suriya ordusunun və müttəfiqlərinin sıx atəşə məruz qoyduğu paytaxt Dəməşq yaxınlığındakı Quta bölgəsində indiyədək azı 1100 dinc sakin öldürülüb.
OXŞAR XƏBƏRLƏR
17:49
536
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
626
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
726
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
861
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
802
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
782