Diyarbəkirdə Türkiyənin 3 hərbçisi şəhid olub
Türkiyənin Diyarbəkir əyalətində PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı şəhid olan hərbçilərin sayı 3 nəfərə çatıb. Bundan əvvəl 2 hərbçinin şəhid olduğu, 5 hərbçininsə yaralandığı bildirilirdi.
APA TV-nin türk mətbuatına istinadən verdiyi xəbərə görə, bölgənin Dicle rayonunda aparılan əməliyyat zamanı yaralanmış 5 hərbçidən biri xəstəxanada keçinib.
Bölgədə keçirilən antiterror əməliyyatı zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub. Yaralanan hərbçilər Səlahəddin Əyyubi adına Dövlət Xəstəxanasına yerləşdirilib.
Bölgədə antiterror əməliyyatı davam edir.
OXŞAR XƏBƏRLƏR
17:49
536
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
626
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
726
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
861
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
802
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
782