Tehranda çərşənbə şənlikləri zamanı 3 nəfər ölüb, 400-dən çox adam yaralanıb
İranın Tehran əyalətində çərşənbə bayramının qeyd edilməsi zamanı baş vermiş insidentlərdə 3 nəfər ölüb, 400-dən çox insan xəsarət alıb. APA TV-nin Tehran bürosunun məlumatına görə, bu barədə İran Təcili Tibbi Yardım İdarəsinin sözçüsü bildirib.
Onun sözlərinə görə, yaralıların yarısı yanıq xəsarəti alıb. İki nəfərin pirotexniki vasitənin partlaması nəticəsində əlini itirdiyi bildirilir.
Qeyd edək ki, iranlılar da bəzi şərq xalqları kimi Novruz çərşənbələrində tonqalın üstündən tullanır. Bu zaman pirotexniki vasitələrdən də istifadə edilir. Çərşənbə şənlikləri eyni zamanda dindarların tənqidinə də məruz qalır. Onlar bunu İslama zidd hesab edir.
OXŞAR XƏBƏRLƏR
17:49
536
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
626
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
727
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
861
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
802
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
782