Zakir Həsənov hərbi təlimləri müşahidə edib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin komanda müşahidə məntəqələrindən birində olub.
MN-dən APA TV-yə verilən məlumata görə, birlik və birləşmə komandirləri, onların qoşun növləri və qismlərinin rəisləri, eləcə də digər vəzifəli şəxslərin məruzələri dinlənilib, ərazidə qüvvə və vasitələrin tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.
Səhra şəraitində ərazidə yaradılmış məntəqələr və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.
OXŞAR XƏBƏRLƏR
17:49
536
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
626
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
726
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
861
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
802
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
782