Tovuzda iki avtomobilin toqquşmasında 2 nəfər yaralanıb
Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun İbrahimhacılı kəndində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2112” markalı avtomobil hərəkətsiz dayanan “VAZ 2107” markalı avtomaşına çırpılıb. Zərbənin gücündən “Jiquli” də yaxınlıqdakı mağazaya dəyib.
Hadisə nəticəsində Köhnəqala kənd sakinləri, 1990-cı il təvəllüdlü İdrisli Ayaz Xaqani oğlu və 1991-ci il təvəllüdlü Hümbətov Nurlan Cəfər oğlu xəsarət alıb. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:49
553
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
645
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
742
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
867
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
19:25
806
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
13:58
785