Qarabağ kanalında qumbara və çoxlu sursat tapıldı
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Ağcabədi rayonu, Yuxarı Salambəyli kəndi ərazisində su kanalında mərminin tapılması barədə məlumat daxil olub.
Agentlikdən (ANAMA) APA TV-yə verilən xəbərə görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Yuxarı Qarabağ kanalına baxış keçirilib. Nəticədə kanaldan 1280 ədəd 5.45 və 7.62 mm-lik patron, 3 ədəd avtomat darağı və 1 ədəd "RQD-5" əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
OXŞAR XƏBƏRLƏR
12:41
165
Quba bazarından reportaj: “Yağışlar bizə çox təsir etdi”
12:40
164
Cəbrayılın SOLTANLI KƏNDİNƏ köç planlaşdırılır
17:49
571
Prezident Sərəncam imzaladı: Türkiyəyə yeni səfir təyin edildi
15:58
656
Cəlilabadda qədim dövrə aid NÜMUNƏLƏR TAPILDI
10:28
754
Böyük Qayıdışın növbəti mərhələsi: 65 ailə yurduna döndü
19:28
871